Filippin Çinin təqibindən sonra Cənubi Çin dənizində tədqiqatları dayandırır

2024/08/1723017411.jpg
Oxunub: 420     12:53     25 Yanvar 2025    
Filippin Cənubi Çin dənizində elmi tədqiqatların dayandırıldığını bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Filippin Sahil Mühafizəsinin məlumatına görə, Sendi-Key adasından qum nümunələri toplamaq üçün gedən iki Filippin balıqçı gəmisi Çin sahil mühafizəsinin üç gəmisinin "aqressiv manevrləri" ilə üzləşib.

Çin Sahil Mühafizəsi öz növbəsində bildirib ki, Pekin Çinin Tiesyan rifi adlandırdığı Sendi-Key də daxil olmaqla, Spratli adaları üzərində "mübahisəsiz suverenliyə" malikdir və qanuna uyğun olaraq onlar yola salınıb.

Sahil Mühafizəsi vurğulayıb ki, Filippin gəmiləri icazəsiz olaraq Tiesyan rifinin yaxınlığındakı sulara daxil olub. Qum nümunələri toplamaq üçün rifə "qanunsuz" çıxmağa cəhd göstərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   Çin  


Bizi "telegram"da izləyin