Ordu.az xəbər verir ki, Şolts Türkiyənin Almaniya müdafiə sistemlərinə olan marağını qiymətləndirib.
“Türkiyə bizim döyüş təyyarələrimizi almaqla, özünü gücləndirməkdə maraqlıdır. Hazırda Türkiyədə bu məsələ araşdırılır və biz bunu mümkün etdik. Baxaq, Türkiyədə araşdırma necə nəticələnəcək”, - deyə o bildirib.
Qeyd edək ki, 2024-cü il dekabrın 18-də Böyük Britaniyaya məxsus 2 ədəd “Eurofighter Typhoon” Türkiyə tərəfindən qiymətləndirilmək üçün Ankaradakı “Mürted” aviabazasına enib.
Türkiyənin xarici siyasət addımları və Rusiya müdafiə sistemlərinin alınması ilə bağlı narahatlıqlarını ifadə edərək, bir müddətdir satışa qarşı çıxan Almaniya Müvəqqəti Satış Təşkilatı təyin edib və “Eurofighter Typhoon”un satışını təsdiqləyib.
Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələrinin məlumatına görə, bu təsdiq prosesi sürətləndirəcək.
Sevinc Əliyeva
Ordu.az