ASELSAN ilə STM arasında 36 milyon avroluq razılaşma əldə edilib

2025/01/1737785593.jpg
Oxunub: 337     12:29     25 Yanvar 2025    
ASELSAN ilə STM arasında dəniz platformaları üçün radar, radioelektron mübarizə, elektro-optika, rabitə, naviqasiya və silah sistemlərinin tədarükü ilə bağlı 36 milyon 700 min avro dəyərində müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, ASELSAN müqavilənin təfərrüatlarını sosial media hesablarında paylaşıb.

“ASELSAN ilə STM arasında dəniz platformaları üçün radar, radioelektron mübarizə, elektro-optika, rabitə, naviqasiya və silah sistemlərinin tədarükü ilə bağlı 36 milyon 700 min avro dəyərində müqavilə imzalanıb. Müqavilə çərçivəsində tədarüklər 2025-2028-ci illər arasında həyata keçiriləcək”, - deyə paylaşımda qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   STM  


Bizi "telegram"da izləyin