Çin “SpaceSail” bürc peyk şəbəkəsinin bir hissəsini təşkil edəcək yeni peyklər buraxıb

2025/01/1737782369.jpg
Oxunub: 457     14:18     25 Yanvar 2025    
Çin Aşağı Yer Orbitində qurduğu və ABŞ-nin “SpaceX” şirkətinin “Starlink” şəbəkəsinə rəqib olmağı hədəfləyən “SpaceSail” bürc peyk şəbəkəsinin bir hissəsini təşkil edəcək 4-cü peyk qrupunu kosmosa göndərib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasından (CASC) verilən açıqlamaya görə, 18 peykdən ibarət qrup “Long March 6A” raketi ilə Şanşi əyalətindəki “Tayyüen” Peyk Mərkəzindən buraxılıb.

Orbitə buraxıldıqdan sonra peyklər planlaşdırılmış orbital mövqelərinə yerləşib. Buraxılış “Long March” raketlərindən istifadə edərək, 557-ci uğurlu daşıma missiyası olub.

“Shanghai Spacecom Satellite Technology” (SSST) tərəfindən hazırlanmış peyklər Aşağı Yer Orbitində qurulmuş bürclər şəbəkəsinin bir hissəsini təşkil edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   SpaceSail  


Bizi "telegram"da izləyin