Ordu.az xəbər verir ki, İndoneziya və Fransanın yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi təqdimatda İndoneziyanın müdafiə istehsalçısı PT “Sentra Surya Ekajaya” tərəfindən hazırlanmış və istehsal edilmiş P2 “Tiger” 4×4 ZPD-si təqdim edilib.
Tədbirdə İndoneziya müdafiə nazirinin müavini aviasiya marşalı Donni Ermavan Taufanto və Fransanın İndoneziyadakı səfiri Fabien Penone, həmçinin P2 “Tiger”i hazırlayan PT SSE-nin fransız tərəfdaşı “Texelis”in nümayəndələri iştirak ediblər.
PT SSE-nin ən qabaqcıl zirehli maşını olan P2 “Tiger” ixrac bazarlarını hədəf alaraq, İndoneziya ordusunun ehtiyaclarını qarşılamaq üçün hazırlanıb.
Məlumata görə, vasitə NATO standartı STANAG 4569 ballistik və minalardan qorunma səviyyələri 2 ilə 4 arasında dəyişən modulyar dizayna malikdir. Ümumi çəkisi 18 ton olan vasitə 8 sərnişin və 2 ekipaj üzvünü daşıyır.
Sevinc Əliyeva
Ordu.az