ABŞ kəşfiyyat məlumatlarını Suriyanın yeni hökumətinə ötürür

2025/01/1737779318.jpg
Oxunub: 1301     07:03     25 Yanvar 2025    
ABŞ İŞİD tərəfindən təhdidlər barədə məxfi kəşfiyyat məlumatlarını Suriyanın yeni hökuməti ilə paylaşır.

Ordu.az xəbər verir ki, bu barədə “Washington Post“ mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ kəşfiyyatı artıq Dəməşqdəki bir ziyarətgaha terror hücumunun qarşısını da ala bilib.

Nəşrin mənbələri vurğulayırlar ki, məlumatların ötürülməsi qarşılıqlı maraqların təmin olunması ilə bağlıdır və Vaşinqton tərəfindən Suriyanın yeni hökumətinin tam tanınması demək deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kəşfiyyat   Suriya  


Bizi "telegram"da izləyin