Aİ sanksiyaları ləğv etmək üçün Suriyadan Rusiya bazalarının ləğvini istəyib

2025/01/1737735863.jpg
Oxunub: 611     20:02     24 Yanvar 2025    
Avropa İttifaqı (Aİ) Suriyaya qarşı olan Avropa sanksiyalarını ləğv etmək üçün rəsmi Dəməşqdən Rusiyanın hərbi bazaları da daxil olmaqla, xarici qüvvələrin mövcudluğundan xilas olmağı istəyib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə yanvarın 27-də birlik ölkələrinin XİN rəhbərlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“Bəli, əlbəttə ki, bu, izlədiyimiz məsələdir. Artıq Suriyanın yeni hökumətinə çatdırmışıq ki, Suriyada normallaşmanın bir hissəsi hər hansı xarici mövcudluqdan - hərbi iştirakdan və ya müdaxilədən xilas olmaqdan ibarətdir. Orada üç ölkə var, onlardan biri də Rusiyadır. İstəyimizə cavab olaraq onlar bu məsələyə gələcəkdə baxacaqlarını söylədilər”, - Aİ nümayəndəsi jurnalistlərin birliyin Suriyaya qarşı sanksiyaların ləğvi üçün Rusiya hərbi bazalarının ləğvinin şərt kimi irəli sürülüb-sürülməməsi ilə bağlı sualını cavablandırarkən deyib.

Qeyd edək ki, Rusiya Suriyada iki hərbi obyektə - Tartus liman şəhərindəki Rusiya Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təchizat mərkəzinə və Xmeymim aviabazasına malikdir. Tartusdakı baza ikitərəfli razılaşmaya əsasən 1971-ci ildə yaradılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Suriya   Rusiya  


Bizi "telegram"da izləyin