Şolts: "Rusiya-Ukrayna müharibəsi ilə bağlı bütün diplomatik imkanlardan istifadə etmək üçün çox səy göstərirəm"

2022/10/90978-1665848029.jpg
Oxunub: 476     17:52     24 Yanvar 2025    
“Biz həmişə Ukraynadakı müharibənin Rusiya ilə NATO arasında ən dəhşətli nəticələrə səbəb ola biləcək müharibəyə çevrilməməsi üçün diqqət edirik”.

Ordu.az-ın verdiyi xəbərə görə, bunu “Anadolu Agentliyi“nə müsahibəsində Almaniya kansleri Olaf Şolts deyib.

O, Rusiyanın güc yolu ilə Ukraynanın bir hissəsini və ya hamısını öz ərazisinə birləşdirmək istədiyini, lakin bunun mümkün olmadığını qeyd edərək, bu səbəbdən ölkəsinin Ukraynanı dəstəkləməli olduğunu vurğulayıb: “Mən bütün diplomatik imkanlardan istifadə etmək üçün çox səy göstərirəm. Rusiya prezidenti ilə də danışmışam”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolts   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin