Belarus MN Kurska qoşun göndərilməsi ilə bağlı məlumatı təkzib edib

2024/08/1724327005.jpg
Oxunub: 435     17:10     24 Yanvar 2025    
Belarus Müdafiə Nazirliyi Rusiyanın Kursk vilayətinə qoşun göndərməsi ilə bağlı məlumatı təkzib edib.

Ordu.az xəbər verir ki, rəsmi Minsk internet resurslarında yayılan Belarus tərəfinin Rusiyanın Kursk vilayətinə hərbi bölmə göndərmək qərarına gəldiyini bildirən sənədin fotoşəkilini "feyk" adlandırıb.

Müdafiə Nazirliyinin sözçüsü Nataliya Qavrusik "SputnikBY"ə açıqlamasında bildirib ki, "saxta sənədin müəllifləri demək olar ki, "Photoshop"u mənimsəyiblər, lakin işgüzar yazışmaların necə aparılmasından xəbərləri olmayıb".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   MN   Kursk  


Bizi "telegram"da izləyin