Ordu.az xəbər verir ki, Moskva müharibədə ölən 757 ukraynalı hərbçinin meyitini Kiyevə təhvil verib.
Dövlət Dumasının deputatı, parlamentin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şəmsail Saraliev bildirib ki, Ukrayna tərəfi Moskvaya 49 Rusiya hərbçisinin meyitini qaytarıb.
***
Ukraynaya 757 hərbçinin meyiti qaytarılıb.
Ordu.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Hərbi Əsirlər üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Bildirilib ki, bu, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, İnsan Hüquqları üzrə Ombudsman Ofisivə digər qurumların köməyi ilə baş tutub.
Həlak olmuş hərbçilərin meyitləri hüquq-mühafizə orqanlarına və məhkəmə-tibb ekspertlərinə təhvil veriləcək. Bu prosedur şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün zəruridir.
Meyitlərin hansı müddət ərzində qaytarıldığı dəqiqləşdirilmir.
Ordu.az