Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Türkiyə Avropa İttifaqının ən önəmli partnyorlarından biridir:
"Türkiyə Aİ-yə üzvlüyə namizəddir, həmçinin NATO-nun vacib üzvüdür. Bizim iqtisadi əməkdaşlığımız həmişəkindən daha güclüdür. Ticarət, innovasiya, eləcə də terrorla mübarizə istiqamətində böyük potensial mövcuddur".
Ordu.az