Ordu.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla birgə keçirilən mətbuat konfransında deyib.
O əlavə edib ki, Aİ Türkiyənin üzvlük perspektivini güсləndirmək üçün yeni bir baxış təqdim etməlidir:
"Avropa İttifaqının bu baxışı təqdim etməsini gözləyirik. Həmçinin viza mövzusunda irəliləyiş əldə edilməsi də bizim üçün önəmli məsələdir. Viza rejiminin sadələşdirilməsinə ehtiyac var".
O qeyd edib ki, keçmişdə bəzi avropalı liderlər Türkiyənin üzvlük məsələsini öz ölkələrinin daxili siyasət məsələsi halına gətirmişdilər:
"Təəssüf ki, biz bunun nəticəsini həm Türkiyə, həm Aİ olaraq geosiyası itkilərlə ödəməli olduq".
Ordu.az