Türkiyə ordusu iki PKK terrorçusunu öldürüb

2024/02/1707721964.jpg
Oxunub: 410     15:24     24 Yanvar 2025    
Türkiyə ordusu PKK-ya qarşı əməliyyat tədbirlərini davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, Türkiyə ordusu tərəfindən İraqın şimalındakı Qara bölgəsində 2 PKK terrorçusu öldürülüb.

Məlumatda əməliyyat tədbirlərinin hava və relyef şərtlərindən asılı olmayaraq fasiləsiz davam etdiriləcəyi də vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK  


Bizi "telegram"da izləyin