Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətindədir

2025/01/1737717847.jpg
Oxunub: 412     15:20     24 Yanvar 2025    
Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətindədir.

Ordu.az “Japan News”a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Şiqeru İşiba deyib.

"Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində öz kursunu davam etdirəcək", - o vurğulayıb.

Baş nazir 2024-cü ildə də Yaponiya hökumətinin Rusiya ilə sülh müqaviləsi bağlamağa və nəhayət, “şimal əraziləri ilə bağlı problemi həll etməyə” ümid etdiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Rusiya  


Bizi "telegram"da izləyin