Ordu.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Viktor Orban bildirib.
"Son üç ilin rəqəmlərinə nəzər salsaq, Macarıstanın sanksiyalarla əlaqədar təxminən 19 milyard avro itirdiyini görərik", - o qeyd edib.
V.Orban Aİ-nin yanvarın 31-dək Rusiyaya qarşı sanksiyaların müddətinin daha altı ay uzadılması barədə qərar qəbul etməli olduğunu xatırladaraq, Avropa ölkələrinin liderlərini bu cür siyasətin davam etdirilməsinin məqsədəuyğun olub-olmaması üzərində düşünməyə çağırıb.
Qeyd edək ki, daha əvvəl yanvarın 27-də Aİ ölkələrinin XİN başçılarının Brüsseldə keçiriləcək iclasında bu məsələyə baxılacağı barədə məlumat verilmişdi.
Ordu.az