İtaliya müdafiə xərclərinin payını 5%-ə çatdırmağı “mümkünsüz” hesab edir

2025/01/1737712047.jpg
Oxunub: 402     14:46     24 Yanvar 2025    
İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 5 faizini müdafiə xərclərinə ayırmasının qeyri-mümkün olduğunu bildirib.

Ordu.az xəbər verir ki, Tayani parlamentin yuxarı palatası olan Senatda keçirilən transatlantik əlaqələrin gələcəyinə dair konfransda çıxış edib.

Tayani ABŞ prezidenti Donald Trampın NATO ölkələrinə müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq çağırışını şərh edib.

“Müdafiəyə daha çox sərmayə qoymalıyıq. Bu, bizi müharibənin tərəfdarı etmir. Amma ÜDM-in 5 faizinə çatmaq mümkün deyil. 2 faizə çatmaq üçün böyük səylər göstəririk”, - deyə o qeyd edib.

ABŞ-nin Ukrayna müharibəsi ilə bağlı mövqeyində bir dəyişiklik müşahidə etmədiyini bildirən Tayani bəzi şeylərin dəyişəcəyini söyləyənlərin əslində dəyişiklik görmədiyini deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Müdafiə   Xərc  


Bizi "telegram"da izləyin