Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” nəşri məlumat yayıb.
Budanov “The War Zone”a müsahibəsində qeyd edib: “Silahlar həm Şimali Koreya, həm də Rusiya əməliyyatlarını dəstəkləmək üçün istifadə edilərkən, raketlər yalnız Rusiya hədəfləri üçün nəzərdə tutulub”.
Budanov izah edib ki, Şimali Koreya son üç ayda Rusiyaya təxminən 120 ədəd M1989 “Koksan” özüyeriyən haubitsası (170 mm) və 120 ədəd M-1991 yaylım atəşli reaktiv sistemi (240 mm) verib.
O əlavə edib ki, yaxın gələcəkdə analoji həcmdə artilleriya sistemləri gözlənilə bilər.
Sevinc Əliyeva
Ordu.az