Tayvan müdafiə büdcəsini azaldır

2025/01/1737711947.jpg
Oxunub: 464     16:45     24 Yanvar 2025    
Tayvan administrasiyası Donald Trampı qəzəbləndirə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Tayvan administrasiyasının parlamentinin 2025-ci il müdafiə büdcəsinin kritik hissələrini dondurmaq qərarı administrasiyanın Çindən gələn təhlükəsizlik təhdidlərinə qarşı ABŞ-nin güclü dəstəyinə ehtiyacı olduğu bir vaxtda ABŞ prezidenti Donald Trampı özündən uzaqlaşdırmaq riskini artırıb.

Taypey ABŞ-nin yeni administrasiyasına müdafiəsini gücləndirmək üçün səylərini artırdığını göstərmək istəyir.

Tramp iyul ayında Tayvan administrasiyasının ABŞ-yə heç nə vermədiyini iddia edib və ABŞ-ni Tayvan administrasiyasının təhlükəsizliyi üçün sığorta şirkətinə bənzədib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Müdafiə-Büdcə  


Bizi "telegram"da izləyin