Türkiyədə hoteldə baş verən yanğına görə saxlanılanların sayı 13-ə çatıb

2025/01/1737705474.jpg
Oxunub: 448     11:55     24 Yanvar 2025    
Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğına görə saxlanılanların sayı 13-ə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, hazırda yanğının səbəblərinin müəyyənləşdirilməsi üçün 7 nəfərlik ekspert komissiyasının yekun hesabatı gözlənilir.

Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-i gecə saatlarında baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə matəm elan edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Bolu   Yanğın  


Bizi "telegram"da izləyin