Türkiyədə hoteldə baş verən yanğın zamanı ölənlərin 36-sı uşaq olub

2025/01/1737703235.jpg
Oxunub: 443     11:08     24 Yanvar 2025    
Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğında ölənlərdən 36 nəfəri uşaq olub.

Ordu.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Bildirilib ki, həyatını itirən 78 nəfərin hamısının şəxsiyyəti artıq məlum olub.

Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-i gecə saatlarında baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə matəm elan edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Yanğın  


Bizi "telegram"da izləyin