Türkiyə ilə Ruanda arasında müdafiə sənayesi əlaqələri dərinləşir

2025/01/1737701967.jpg
Oxunub: 426     11:36     24 Yanvar 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə Türkiyəyə səfər edən Ruanda prezidenti Paul Kaqame və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, Türkiyə MSK-nin binasında başlayan görüşlər daha sonra ASELSAN-ın Gölbaşı Obyektlərində davam edib.

Səfər zamanı Türkiyənin müdafiə sənayesində inkişaf etdirdiyi yüksək texnologiyalı məhsullar Ruanda nümayəndə heyətinə təqdim edilib.

Prezidentlər Ərdoğan və Kaqamenin şahidliyi ilə Ruanda Müdafiə Nazirliyi ilə Türkiyə MSK arasında Anlaşma Memorandumu imzalanıb.

Bu müqavilə Ruandanı ölkə daxilində vahid komandanlıq, nəzarət və rabitə infrastrukturu ilə təmin etmək məqsədi daşıyır.

Layihə ASELSAN-ın qabaqcıl texnologiyaları ilə həyata keçiriləcək və Ruandanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ruanda  


Bizi "telegram"da izləyin