Ordu.az xəbər verir ki, bu barədə “Baykar”ın sosial media ehsabında edilən paylaşımda bildirilib.
“İtaliyanın aviasiya, müdafiə və təhlükəsizlik şirkəti “Leonardo S.p.A.”nın Baş direktoru cənab Roberto Cinqolani və rəhbərlik etdiyi nümayəndə heyəti Özdemir Bayraktar Milli Texnologiya Mərkəzimizi ziyarət etdilər. Onları qonaq etməkdən məmnun olduq”. - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, 2024-cü ilin dekabrında “Baykar” İtaliyanın müdafiə şirkəti “Piaggio Aerospace”i satın alıb. Bu satınalma iki ölkə arasında müdafiə sənayesində daha geniş tərəfdaşlıq potensialı yaradıb.
Sevinc Əliyeva
Ordu.az