Ordu.az xəbər verir ki, 2020-ci ildə fəaliyyətə başlayan “Gürbağ Savunma” “pan-tilt” kimi tanınan nəzarət və yönləndirmə sistemləri sahəsində işlərini davam etdirir.
Türkiyənin “Pan-Tilt” Mükəmməllik Mərkəzi olmaq hədəfi ilə fəaliyyətini davam etdirən “Gürbağ Savunma” əhəmiyyətli ixrac uğuru əldə edib.
Məlumata görə, “Gürbağ Savunma” bir İtaliya şirkəti ilə imzaladığı müqavilə çərçivəsində GSPT ATLAS adlı “pan-tilt” məhsulunu 2024-cü ilin sonunda İtaliyaya ixrac edib.
İxrac çərçivəsində məhsulla bağlı çatdırılma fəaliyyətləri tamamlanıb. Elektro-optik dəstin ATLAS “Pan-Tilt”ə inteqrasiyası İtaliyada həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az