Türkiyə Silahlı Qüvvələrində “Hisar-O” dövrü: Milli Müdafiə Nazirliyi açıqlama yaydı

2025/01/1737701734.jpg
Oxunub: 507     12:13     24 Yanvar 2025    
Türkiyə Milli Müdafiə Nazirliyi “Hisar-O” Hava Hücumundan Müdafiə Sistemi də daxil olmaqla, Türkiyə Silahlı Qüvvələrinin inventarına yeni müdafiə sənayesi məhsullarının daxil edildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik mətbuat brifinqində mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri və nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk Quru Qoşunları Komandanlığına müxtəlif müdafiə təyinatlı məhsulların çatdırıldığını bildirib.

Verilən açıqlamada qeyd olunub: “Quru Qoşunları Komandanlığımız tərəfindən müxtəlif miqdarda T-70 Ümumi Məqsədli Helikopteri, Yeni Nəsil T-155 Özüyeriyən “Fırtına” Haubitsası, Orta Hündürlükdə Hava Hücumundan Müdafiə Raket Sistemi (Hisar-O) və Müasir Piyada Tüfəngi (MPT-76 MH) inventara daxil edilib”.

Yanvarın 18-də verilən açıqlamada “Hisar-O” Orta Hündürlükdə Hava və Raket Hücumundan Müdafiə Sisteminin kütləvi istehsal prosesindəki sınaq atışlarından birini müvəffəqiyyətlə tamamladığı bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Hisar-O  


Bizi "telegram"da izləyin