“CANiK”in ABŞ istehsalı olan ilk məhsulu təqdim edilib

2025/01/2025--1737701669.jpg
Oxunub: 457     15:53     24 Yanvar 2025    
“Samsun Yurt Savunma” (SYS) Qrupunun şirkətləri olan “CANiK” və “MECANiK” ABŞ-də keçirilən “SHOT Show 2025” sərgisində yeni məhsulları ilə iki mühüm təqdimat həyata keçirib.

Ordu.az xəbər verir ki, yanvarın 21-24-də Las-Veqasda atıcılıq, ovçuluq və açıq hava fəaliyyəti sektorlarında peşəkarları bir araya gətirən, dünyanın ən böyük və ən əhatəli sərgisi olan “SHOT Show” keçirilib.

SYS Qrup şirkətləri əvvəlki illərdə olduğu kimi bu il də sərginin ən diqqətçəkən iştirakçılarından biri olub. “CANiK” və “MECANiK” brendləri beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirib.

Sərgidə “CANiK” ABŞ istehsalı olan ilk tapançası METE MC9 PRIME-ı, “MECANiK” isə MO4 Mikro Optik Refleks Nişangahını təqdim edib. METE MC9 PRIME tapançası sərginin başlamasına bir gün qalmış təqdim edilib.

Mart ayının ortalarında Türkiyədə satışa çıxarılması planlaşdırılan METE MC9 PRIME daxili kompensatoru, 90 dərəcə düz tətiyi və incə dizaynı ilə diqqət çəkib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CANiK   ABŞ  


Bizi "telegram"da izləyin