Ordu.az xəbər verir ki, katerlər ABŞ-dən Yunanıstana gətirilərək, texniki xidmət və təmirdən keçib.
“Salamis” Gəmiqayırma Zavodunda katerlərin inventara qəbul edilməsi və adlarının verilməsi mərasimi keçirilib.
Yunanıstanın “Kathimerini” nəşrinin məlumatına görə, 4 ədəd “Island” sinfinə məxsus patrul katerindən birincisi Yunanıstana 2023-cü ilin iyulunda gəlib.
Bu çərçivədə katerlərin daşınması və bərpasının təxminən 42 milyon avroya başa gəldiyi, bütün təmir işlərinin Yunanıstandakı “Salamis” Gəmiqayırma Zavodunda aparıldığı bildirilib.
Sevinc Əliyeva
Ordu.az