Ordu.azxəbər verir ki, müqavilə Tayvan HDQ ilə ABŞ-nin adadakı faktiki səfirliyi olan Tayvandakı Amerika İnstitutu arasında imzalanıb.
Razılaşmaya əsasən, ABŞ adanın cənubundakı Kaohsiunq şəhəri yaxınlığındakı Zuoyinq bölgəsinə xüsusi təlim keçmək üçün hərbi personal göndərəcək.
Açıqlamada təlimin mahiyyəti və ABŞ-nin hansı hərbi birliklərinin iştirak edəcəyi dəqiq göstərilməsə də, proqramın 2026-cı ilin sonuna qədər tamamlanacağı açıqlanıb.
Qeyd edək ki, Tayvan administrasiyasının hərbi qulluqçuları ada ölkəsinə göndərilən ABŞ silahları ilə tanış olmaq üçün uzun müddət ABŞ-də təlim keçirlər. Lakin Çinlə gərginliyi artırmamaq üçün bu proqramların bir çox təfərrüatları gizli saxlanılır.
Sevinc Əliyeva
Ordu.az