Ordu.az xəbər verir ki, təqdim edilən zirehli vasitə “tamamilə Britaniya istehsalı olan ilk” hərbi vasitə hesab olunur, çünki onun komponentlərinin təxminən 75 faizi ölkə daxilində istehsal edilib.
“UK Defence Journal” tərəfindən verilən məlumata görə, vasitə həm də tamamilə Britaniyada “Rheinmetall/BAE Systems Land” birgə müəssisəsi tərəfindən KNDS UK “Stockport” və milli tədarük zəncirləri ilə əməkdaşlıq çərçivəsində istehsal olunur.
Britaniya Silahlı Qüvvələrinin mexanikləşdirilmiş piyada vasitəsi kimi yenidən konfiqurasiya edilə bilən 8x8 platforması hərbi qulluqçuların sürətlə döyüş meydanına daşınmasına imkan verir.
Vasitə Britaniya ordusunu 2030-cu ilə qədər əməliyyat istifadəsi üçün 623 “Boxer” vasitəsi və 148 “Challenger 3” tankı ilə təmin etmək üçün 5 milyard funt-sterlinq (6,1 milyard dollar) dəyərində investisiyanın bir hissəsi olaraq hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az