Ötən gecə Rusiya səmasında 121 PUA zərərsizləşdirilib

2025/01/1737698081.jpg
Oxunub: 536     09:47     24 Yanvar 2025    
Ötən gecə Rusiyanın 13 regionu üzərində Ukraynaya məxsus ümumilikdə 121 ədəd pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bunun 2025-ci ilin əvvəlindən törədilən ən genişmiqyaslı PUA hücumu olduğu bildirilib.

Rəsmi məlumatda həmçinin onların sayının Bryansk ərazisində 37, Ryzand 20, habelə Kursk və Saratov vilayətlərində 17 ədəd olduğu açıqlanıb.

Eyni zamanda Moskva Belqorod vilayətlərində 14, Voronejdə 3, Tula, Orlovsk və Lipetskdə isə ümumi sayı 6 ədəd olan pilotsuz uçuş aparatı sıradan çıxarılıb.

Krım ərazisində isə bir ədəd PUA məhv edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA  


Bizi "telegram"da izləyin