Tatarıstana PUA hücumu olub, Moskvada aeroportların fəaliyyəti bərpa edilib - YENİLƏNİB

2025/01/1737697994.jpg
Oxunub: 1234     10:03     24 Yanvar 2025    
Rusiyanın Moskva vilayətində yerləşən “Vnukovo”, “Domodedovo” və “Jukovski” hava limanlarında təyyarələrin qəbulu və buraxılması ilə bağlı müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.

Ordu.az xəbər verir ki, bu barədə "Rosaviatsia" nın sözçüsü Artem Korenyako bildirib.

***

Tatarıstanda pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi elan edilib.

Ordu.az xəbər verir ki, bu barədə rayon sakinlərinə evdə qalmaları və pəncərələrə yaxın getməmələri tövsiyə olunub.

Samara vilayətinin sakinləri də oxşar xəbərdarlıqlar alıblar. Bundan əlavə, dronlar Saratov vilayətinə hücum edib. Hadisə şahidləri partlayış səsləri eşitdiklərini bildiriblər.

Qeyd edilən bölgələrdə hava hücumundan müdafiə sistemlərinin işlədiyi qeyd edilib.

"Rosaviasia" isə Domodedovo və Jukovski hava limanlarının müvəqqəti olaraq reysləri qəbul etmədiyini və fəaliyyətlərini dayandırdığını vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tatarıstan   PUA  


Bizi "telegram"da izləyin