ABŞ Prezidenti: İranın nüvə silahına malik olması fəlakətlə nəticələnəcək

2025/01/1737696147.jpg
Oxunub: 422     09:08     24 Yanvar 2025    
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə silahına malik olması dünyanı fəlakətə sürükləyəcək.

Ordu.az xəbər verir ki, Tramp bunu inauqurasiyadan sonra “Fox News” telekanalına verdiyi ilk müsahibəsində bildirib.

"Onlar (İran) nüvə silahına malik ola bilməz. Əgər onlar buna malik olsalar, bu silah digərlərində də olacaq və bu, fəlakətlə nəticələnəcək", - ABŞ lideri bildirib.

Bu arada yanvarın ortalarında İran Prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində Tehranın nüvə silahı yaratmaq məqsədinin olmadığını bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Nüvə  


Bizi "telegram"da izləyin