Macarıstan XİN: Rusiya ilə enerji məsələləri müzakirə edilib

2024/11/1732250257.jpg
Oxunub: 374     03:18     24 Yanvar 2025    
Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya Baş nazirinin müavini Aleksandr Novakla enerji məsələləri ilə bağlı telefon danışığı apardığını bildirib.

Bu barədə Ordu.az xarici mətbuata istinadən xəbər verir.

"Bu gün Rusiya hökuməti sədrinin enerji üzrə müavini Aleksandr Novakla telefonla regional enerji problemlərini müzakirə etdik", - Siyarto feysbuk sosial şəbəkəsində yazıb.

Siyarto qeyd edib ki, Ukrayna ərazisindən qaz tranzitinin dayandırılması nəticəsində Mərkəzi Avropanın bir sıra ölkələrində problemlər yaranıb. Lakin Macarıstan XİN rəhbəri vurğulayıb ki, son illər Budapeşt enerji təchizatlarını təhlükəsizliyi üçün addımlar atıb.

"Macarıstana neft və təbii qazın nəqli fasiləsiz olaraq həyata keçirilir və "Türk axını" boru kəməri ilə tədarük həcmləri rekord səviyyəyə çatıb, buna görə biz bu nəqliyyat marşrutunun qorunmasına sadiqliyimizi təsdiqlədik", - nazir vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Rusiya  


Bizi "telegram"da izləyin