Qəzza sazişinin yeni mərhələsi ilə bağlı danışıqlar iki həftə sonra başlayacaq

2025/01/1737695117.jpg
Oxunub: 4002     23:57     23 Yanvar 2025    
Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqlar iki həftədən sonra başlayacaq.

Ordu.az-ın xəbərinə görə, bunu HƏMAS-ın İordan çayının qərb sahilindəki qanadının rəhbəri Zaher Cabarin hərəkatın teleqramdakı rəsmi kanalında yazıb.

“İki həftədən sonra sazişin ikinci mərhələsi üzrə danışıqlara başlanacaq, bu müddət ərzində üç əsas məsələ müzakirə olunacaq: İsrail qoşunlarının Qəzzadan tam çıxarılması, anklavda daimi atəşkəs və bütün əsirlərin dəyişdirilməsi", - Cabarin qeyd edib.

O, həmçinin vurğulayıb ki, HƏMAS Qəzza razılaşmasının bütün mərhələlərinin bir-biri ilə bağlı olmasını israr edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   HƏMAS  


Bizi "telegram"da izləyin