Zelenskidən Avropa ölkələrinə müraciət: Rusiya ilə yox, ABŞ ilə əməkdaşlıq edin

2022/03/75646-1646457547.jpg
Oxunub: 189     23:46     23 Yanvar 2025    
Avropa enerji resursları məsələsində Rusiya ilə yox, ABŞ və digər qlobal tərəfdaşlarla daha sıx əməkdaşlıq etməlidir.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

O bildirib ki, enerji resursları məsələsi, xüsusilə neft amili sülh və real təhlükəsizlik üçün ən kritik amillərdən biri olaraq qalır.

V.Zelenski, həmçinin qeyd edib ki, güc vasitəsilə sülhə nail olmaq mümkündür: “Biz buna inanırıq. Əsas odur ki, ləngiməyək və Rusiyaya təzyiqi saxlayaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Avropa   Rusiya  


Bizi "telegram"da izləyin