Türkiyə Silahlı Qüvvələrinin zabiti İraqda həlak olub

2025/01/1737695004.jpg
Oxunub: 429     23:37     23 Yanvar 2025    
Türkiyə Silahlı Qüvvələrinin zabiti İraqda həlak olub.

Ordu.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, “Pənçə-Kaplan” əməliyyat bölgəsində ağır yaralanan kiçik zabit Ufuk Akıncı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Nazirlik şəhidin ailəsinə və yaxınlarına başsağlığı verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İraq  


Bizi "telegram"da izləyin