Slovakiyada cəmiyyətdəki gərginliyin artmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görüləcək

2025/01/1737649666.jpg
Oxunub: 465     00:20     24 Yanvar 2025    
Slovakiya İnformasiya Xidmətinin (SİX, ölkənin kəşfiyyat xidməti) ölkədə sabitliyi pozan hərəkətlərə dair məlumatlarının dərcindən sonra ölkədəki mövcud vəziyyətlə əlaqədar gərginliyin qarşısını almaq üçün konkret tədbirlər görüləcək.

Ordu.az xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Milli Təhlükəsizlik Şurasının (MTŞ) bu məsələ ilə bağlı iclasının yekunları üzrə jurnalistlərə açıqlamasında bildirib.

Slovakiya Prezidenti məlumatın ciddiliyinə baxmayaraq, dinc aksiyaları qadağan və ya fövqəladə vəziyyət tətbiq etmək niyyətində olmadığını vurğulayıb, lakin qeyd edib ki, hökumətə cəmiyyətdə gərginliyin daha da artmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək tapşırılıb. Prezident konkret hansı tədbirlər olacağını açıqlamayıb.

“Bizdə xaricdən maliyyələşən, etiraz etmək hüququndan sui-istifadə etmək istəyən müxalifət ilə bağlı struktur fəaliyyət göstərir. Bu, dövlət çevrilişi təşkil etmək cəhdidir”, - Slovakiya hökumətinin başçısı Robert Fitso bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Pelleqrini  


Bizi "telegram"da izləyin