Aİ XİN rəhbərləri Rusiyaya qarşı sanksiyaların uzadılmasını müzakirə edəcəklər

2025/01/1736917125.jpg
Oxunub: 742     17:08     23 Yanvar 2025    
Aİ ölkələrinin XİN rəhbərləri Brüsseldə keçiriləcək görüşdə Rusiyaya qarşı sanksiyaların uzadılmasını müzakirə edəcəklər.

Ordu.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ariana Podesta brifinqdə bildirib.

"Müzakirələr davam edir. Nazirlər bu məsələni bazar ertəsi müzakirə edəcəklər", - o deyib.

Qeyd edək ki, yanvarın 27-də Brüsseldə XİN rəhbərləri səviyyəsində Aİ Şurasının planlaşdırılmış aylıq iclası keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya  


Bizi "telegram"da izləyin