Slovakiya Prezidenti ölkədə vəziyyətin ciddi olduğunu bildirib

2024/04/bd15e-1712465689.jpg
Oxunub: 402     14:58     23 Yanvar 2025    
Slovakiyada vəziyyət ciddidir.

Ordu.az “TASR”a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının iclasından sonra Slovakiya prezidenti Peter Pelleqrini bildirib.

O bildirib ki, vəziyyət ciddi hesab edilməsəydi, Təhlükəsizlik Şurası çağırılmazdı: "Bu, narazılıq ifadələrini gücləndirmək və dinc etirazların hüdudlarından kənara çıxmaq və növbəti təzyiq aksiyalarını davam etdirmək məqsədi ilə gərginliyin eskalasiyasının məqsədyönlü təşkilinin əlamətlərini göstərir".

Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso yanvarın 23-də Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Prezident  


Bizi "telegram"da izləyin