Türkiyə ordusu son bir həftədə 69 terrorçu öldürüb

2024/10/1730271656.jpg
Oxunub: 415     13:25     23 Yanvar 2025    
Türkiyə Silahlı Qüvvələri son bir həftə ərzində 69 terrorçu öldürüb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyində keçirilən həftəlik mətbuat brifinqində məlumat verilib.

Qeyd edilib ki, terrorçular ölkə daxilində, eləcə də İraq və Suriyanın şimalı daxil olmaqla, sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində öldürülüb.

Məlumata görə, yanvarın 1-dən bu günə qədər 64-ü İraqın, 157-si Suriyanın şimalında olmaqla, öldürülən terrorçuların sayı 221-ə yüksəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Terrorçu  


Bizi "telegram"da izləyin