Tacikistan Prezidenti yeni müdafiə naziri təyin edib

2023/04/fde39-1680699428.jpg
Oxunub: 325     13:18     23 Yanvar 2025    
Emomali Sobirzoda Tacikistanın yeni müdafiə naziri təyin edilib.

Ordu.az Tacikistan mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncamı ölkə Prezidenti Emomali Rəhmon imzalayıb.

Yeni təyinata qədər E.Sobirzoda müdafiə nazirinin birinci müavini olub.

2013-cü ildən Tacikistan Müdafiə Nazirliyinə rəhbərlik edən Şerali Mirzo isə hökumət yanında Dövlət Sirrinin Mühafizəsi İdarəsinin rəhbəri təyin edilib.

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsini Bobocon Saidzoda icra edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tacikistan   Nazir  


Bizi "telegram"da izləyin