Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yüksək rütbəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumatda vurğulanır ki, Şimali Koreya hərbi qulluqçuları Pilotsuz Uçuş Aparatlarını (PUA) vurmaq və ya əl qumbaralarını partlatmaq üçün hərbi qulluqçudan yem kimi istifadə etmək, ağır yaralı halda əsir düşməmək üçün Ukrayna ordusu yaxınlaşdıqda, bir əllə boynun altında sancaq saxlamaq kimi unikal döyüş taktikaları hazırlayıblar.
Ukrayna hərbi qulluqçuları və ABŞ rəsmiləri deyirlər ki, Şimali Koreya qoşunları dil, təlim və hərbi mədəniyyət baxımından fərqli döyüş qüvvəsi kimi fəaliyyət göstərir, lakin Ukrayna qüvvələri bu fərqlərə uyğunlaşıb.
PUA operatorları adətən ayrı-ayrı əsgərləri deyil, qrupları hədəfə alırlar, Şimali Koreyanın hücumlarının intensivliyi ukraynalıların piyada əleyhinə minaları bir-birinə daha yaxın yerləşdirməsinə səbəb olub.
Sevinc Əliyeva
Ordu.az