Filippin FA-50 döyüş təyyarəsi parkını genişləndirəcək

2025/01/1737622841.jpg
Oxunub: 444     16:18     25 Yanvar 2025    
Filippin FA-50 döyüş təyyarəsi parkını genişləndirəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Breaking Defense” nəşri məlumat yayıb.

FA-50 istehsalçısı Cənubi Koreyadan həyata keçirilən satınalma Filippini ABŞ-nin başqa bir müttəfiqi ilə daha da yaxınlaşdırır, eyni zamanda Çinin təhdid taktikasının dəyərini ortaya qoyur.

Analitiklərin “Breaking Defense”ə verdiyi məlumata görə, Filippin FA-50 yüngül döyüş təyayrəsi parkını ikiqat artırma qərarı qəbul edib və Cənubi Koreyadan daha 12 ədəd satın alaraq, Çini Manilanın arxasınca salmayacaq, lakin Pekinin planlarını çətinləşdirəcək addım atıb.

Filippin Müdafiə Nazirliyi tərəfindən bu ayın əvvəlində Satınalmaların İzlənməsi Hesabatında elan edilən yeni sifariş 40 milyard P (683 milyon dollar) dəyərində qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   FA-50  


Bizi "telegram"da izləyin