“Eurofighter”in yeni radarını sınaqdan keçirəcək “Airbus” A320 ilk uçuşunu həyata keçirib

2025/01/1737620827.jpg
Oxunub: 520     17:02     25 Yanvar 2025    
Türkiyənin də almaq üçün danışıqlar apardığı “Eurofighter” döyüş təyyarəsinin burun radarının havada sınaqdan keçirilməsini təmin edəcək “Airbus” A320 tipli təyyarə xüsusi burun çubuğu ilk uçuşunu edib.

Ordu.az xəbər verir ki, yeni radar A320-də Almaniyanın Braunşveyq şəhərindən uçuşdan sonra yaxın aylarda quraşdırılacaq.

Bu aerodrom müxtəlif aviasiya sınaqları üçün Almaniya Aviasiya və Kosmos Mərkəzi (DLR) tərəfindən də istifadə olunur. Layihədə iştirak edən “Airbus” A320 təyyarəsi də DLR-ə məxsusdur.

ATRA-nın, yəni “Qabaqcıl Texnologiya Tədqiqat Təyyarəsinin” burun çubuqları dəyişdiriləcək və yeni “Eurofighter” radarı əlavə ediləcək. Radar məlumatlarını qeyd etmək üçün kabinəyə xüsusi bölmələr əlavə edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurofighter   Airbus  


Bizi "telegram"da izləyin