Ordu.az xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinin aerobatika komandası olan “Solotürk” yanvarın 30-dək Antalya səmasında uçacaq.
Təlim üçün “Solotürk”ün F-16C və iki yerlik təlim modeli F-16D dünən Antalya Meydan Komandanlığına eniş edib.
Təyyarələr gələrkən, Antalya hava limanını salamlayıb. Antalya həm mülki, həm də hərbi məqsədlər üçün istifadə olunur. Hərbi təyyarələr transfer missiyaları üçün hava limanının Meydan Komandanlığından istifadə edir.
Sevinc Əliyeva
Ordu.az