İranın vitse-prezidenti: Biz başqa dövlət üçün təhlükə mənbəyi deyilik

2025/01/1737617921.jpg
Oxunub: 361     11:27     23 Yanvar 2025    
İran başqa dövlət üçün təhlükə mənbəyi deyil.

Ordu.az İRNA-ya istinadən xəbər verir ki, bunu İran prezidentinin strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərif Davosda İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran nüvə silahı yaratmağa cəhd göstərmir:

“Əgər doğrudan da nüvə silahı əldə etməyə çalışsaydıq, onu çoxdan reallaşdırmışdıq”.

M.Zərif deyib ki, nüvə silahları beynəlxalq nəzarət altında olan obyektlərdə deyil, gizli laboratoriyalarda hazırlanır:

“Biz sülh yolu ilə həllin tərəfdarları kimi təəccüblənirik ki, "İranın nüvə bombasına sahib olmasına bir neçə gün qalıb” fikrini kim təsdiqləyib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İqtisadi-Forum  


Bizi "telegram"da izləyin