Ordu.az xəbər verir ki, Tramp “OpenAI” şirkətinin rəhbəri Sem Altman, “SoftBank”ın baş direktoru Masayoşi Son və “Oracle”ın direktorlar şurasının sədri Larri Ellisonun iştirakı ilə mövzu ilə bağlı mətbuat konfransı keçirib.
“OpenAI”, “Oracle” və “SoftBank”ın “Stargate” adlı ortaq müəssisə quracağını açıqlayan Tramp ortaq müəssisə ilə ABŞ-nin SZ infrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyulacağını bildirib.
Tramp sərmayəni “tarixdəki ən böyük SZ infrastrukturu layihəsi” kimi qiymətləndirib və 100 mindən çox amerikalıya iş yerinin yaradılacağının gözlənildiyini qeyd edib.
Fövqəladə qərarlarla sərmayənin reallaşmasına kömək edəcəyini ifadə edən Tramp bildirib: “Onların çoxlu elektrik enerjisi istehsal etmələri lazımdır və biz onlara öz obyektlərində bu istehsalı çox asanlıqla həyata keçirməyə imkan yaradacağıq”.
Sevinc Əliyeva
Ordu.az