ABŞ-də polislərə atəş açılıb, yaralananlar var

2025/01/1737616576.jpg
Oxunub: 1685     10:43     23 Yanvar 2025    
ABŞ-nin Texas ştatının San-Antonio şəhərində mənzildə barikada quran şəxs polislərə atəş açıb. Nəticədə dörd polis əməkdaşı yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə polisə istinadən "CBS News" telekanalı məlumat yayıb.

"San-Antonioda çağırışa gedən dörd polis əməkdaşı barikada quran şəxs tərəfindən odlu silahdan açılan atəşlə yaralanıb", - məlumatda bildirilib.

İntihar cəhdi barədə məlumat polisə daxil olduqdan sonra hüquq-mühafizə orqanları hadisə yerinə yollanıblar. Bu zaman mənzildə atışma baş verib. Məlumata görə, yaralanan polislər xəstəxanaya yerləşdirilib və onların həyatı üçün təhlükə yoxdur.

Son məlumata görə, şübhəli şəxs hələ də mənzildə barrikada qurub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Polis  


Bizi "telegram"da izləyin