“Turaç”ın “Sterling” antidron patronları PUA təhlükələrinə qarşı effektiv həl təklif edir - VİDEO
Oxunub: 481
15:46
25 Yanvar 2025
“Turaç” şirkəti tərəfindən istehsal edilən “Sterling” antidron patronları müasir müdafiə texnologiyalarında getdikcə daha çox əhəmiyyət kəsb edən Pilotsuz Uçuş Aparatı (PUA) təhdidlərinə qarşı innovativ həll yolu kimi seçilir.
Ordu.az xəbər verir ki, kiçik və orta ölçülü PUA-ların təhlükəsizlik zəifliklərindən istifadə etməsinin qarşısını almaq və strateji əraziləri qorumaq üçün nəzərdə tutulmuş bu patronlar həm hərbi, həm də mülki ərazilərdə effektiv müdafiə vasitəsi kimi seçilir.
“Sterling” antidron patronları xüsusi dizaynı, yüksək effektivliyi və geniş tətbiq sahəsi (hava limanları, hərbi bazalar, sərhəd təhlükəsizliyi) sayəsində PUA təhlükələrinə qarşı üstün müdafiə həlli təklif edir.
“Semi Magnum” (50-70 m), “Magnum” (70-90 m) və “Super Magnum” (90-110 m) modellərindən ibarət seriya müxtəlif hündürlüklərdə PUA təhlükələrini zərərsizləşdirir.