Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) müdafiə və kosmosdan məsul komissarı Andrius Kubilius Brüsseldə Avropa Müdafiə Agentliyinin (EDA) İllik Konfransında çıxış edərkən deyib.
O, artan təhlükələr qarşısında müdafiə xərclərinin və istehsalın sürətlə artırılmasına ehtiyac olduğunu vurğulayıb.
Avropanın təhlükəsizliyinə artan təhdidlərə diqqət çəkən Kubilius qeyd edib: “Bu otaqda hamımız bilirik ki, Avropanın üzərində müharibə buludları toplanır”.
Son 20 ili dəyərləndirən Kubilius vurğulayıb: “Avropa qitəsində əbədi olaraq sülh və demokratiya var idi. 20 il əvvəl Aİ hələ də müdafiə sahəsində çox az iş görürdü. Sonra EDA gəldi və indi biz daha çox şey edirik. Mən 20 ildən sonra müdafiə və kosmosdan məsul olan ilk Aİ komissarı kimi buradayam. 20 ildən sonra biz müxtəlif dövrlərdə, təhlükəli dövrlərdə yaşayırıq”.
Sevinc Əliyeva
Ordu.az