Aİ “müdafiə sammiti” keçirəcək

2025/01/1737613503.jpg
Oxunub: 370     14:23     23 Yanvar 2025    
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta Avropa Parlamentinə (AP) ilk müraciətində rəqabət, yenilikçilik, müdafiə sahəsində muxtariyyət mesajları verib və Aİ-nin fevralın 3-də ilk “müdafiə sammiti”ni keçirəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, 2024-cü il dekabrın 1-də vəzifəyə başlayan Portuqaliyanın keçmiş Baş naziri Koşta ilk dəfə AP-yə müraciət edib.

Koşta Aİ-nin sülhü qorumaq üçün qurulmuş bir ittifaq olduğunu xatırladıb, Ukraynanın dəstəklənməsi və beynəlxalq hüquq ilə bağlı öhdəliyi təkrarlayıb.

Rəqabət, yenilikçilik və “heç bir sektoru geridə qoymayan” Aİ büdcəsi mesajları verən Koşta çıxışında ən çox “ümumi müdafiə”yə diqqət yetirib.

“Sülhü qorumaq üçün öz müdafiəmiz, strateji muxtariyyətimiz və suverenliyimiz üçün daha çox məsuliyyət daşımalıyıq. Bu səbəbdən 2014-cü ildən və xüsusilə 2022-ci ildən sonra üzv dövlətlər müdafiə büdcələrini artırırlar”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   AP  


Bizi "telegram"da izləyin